Köhnə casus çəkilişləri alimlərə ərəblərin qədim döyüş yerini tapmağa kömək edib
Britaniya və İraqdan olan beynəlxalq arxeoloqlar qrupu, 637-ci ildə baş verən, ərəb müsəlmanlarının İslamı Ərəbistanın xaricində yayması üçün həlledici qələbə olan əl-Kadisi döyüşünün yerini kəşf edib. İndiyə qədər tarixi döyüşün dəqiq koordinatları məlum deyildi.
“Report” xəbər verir ki, tədqiqat “Antiquity” elmi jurnalında dərc olunub.
Yeni elmi tədqiqatda alimlər 1970-ci illərdə Amerika casus peykləri tərəfindən çəkilmiş gizli şəkillərdən istifadə ediblər. Komanda, əl-Kadisi döyüşünün yerini dəqiq müəyyənləşdirmək üçün kosmik kəşfiyyat məlumatlarını müasir şəkillər və tarixi mətnlərlə uyğunlaşdırıb.
Məlumata görə, hadisə İraqın əl-Kufə şəhərindən 30 kilometr məsafədə baş verib.
Səhra araşdırması zamanı arxeoloqlar uzunluğu doqquz kilometrdən çox olan ikiqat divar tapdılar. Səhra kənarındakı istehkamları və Cənubi Mesopotamiya daşqınının kənarındakı böyük yaşayış məntəqəsini birləşdirib. Kəşf əl-Kadisi döyüşü ilə əlaqəli tarixi dəlillərə çox uyğun gəlib. "Bu, İslamın müasir İraq, İran və onun hüdudlarından kənarda genişlənməsi tarixində əsas mərhələlərdən biri kimi xidmət edən döyüşün coğrafi yerini və kontekstini verir", - Britaniyadakı Darem Universitetindən olan tədqiqat rəhbəri Uilyam Dedmen deyib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının oazisində qədim şəhər aşkarlanıb
Birləşmiş Krallıqda yeni qan qrupu kəşf edilib
Alimlər: Yer üzündə ilk canlı hüceyrələr kosmik toz sayəsində yaranıb
Araşdırma: Patogen mikroblar havada minlərlə kilometr məsafə qət edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
