Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
Qarabağda və Şərqi Zəngəzurda məktəblilər üçün maarifləndirmə tədbirləri və təqaüd proqramları təşkil etmək planlaşdırılır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüşdə məlumat verilib.
Görüş iştirakçılarına məlumat verilib ki, indiyədək doğma yurduna qayıtmış 8660 nəfər keçmiş məcburi köçkünün 1000 nəfərindən çoxu məktəblilərdir.
Görüşdə çıxış edən Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) Təhsil Komitəsinin sədri Aysel Gülməmmədova özəl təhsil subyektlərinin Böyük Qayıdış prosesinə töhfə vermək istədiyini, bu məqsədlə Qarabağda və Şərqi Zəngəzurda maarifləndirmə tədbirləri həyata keçirməyi və təqaüd proqramları təşkil etməyi planlaşdırdığını bildirib.
Tədbirdə bildirilib ki, maarifləndirmə proqramı vasitəsi ilə şagirdlərə innovativ təhsil metodları, texnoloji bacarıqlar, liderlik keyfiyyətləri və iqtisadiyyatın müxtəlif sektorlarına dair biliklər çatdırılacaq. Gənclərin təhsili və inkişafı məqsədi ilə iqtisadiyyat, rəqəmsal marketinq, elektronlaşma, İT həllər, dizayn və digər bu kimi sahələrdə təqaüd proqramları təqdim olunacaq.
Oxşar xəbərlər
Qarabağda və Şərqi Zəngəzurda bu günədək 8500-dən çox keçmiş məcburi köçkün məskunlaşdırılıb
Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq
Bu günədək Laçına 828 ailə köçürülüb, 950-dən çox sakinin məşğulluğu təmin edilib
Azərbaycan Prezidenti: “Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
