KİV: ABŞ İranın bir neçə gün ərzində sülh sazişini təsdiqləyəcəyini gözləyir
sizinxeber.az xəbər saytı

KİV: ABŞ İranın bir neçə gün ərzində sülh sazişini təsdiqləyəcəyini gözləyir


ABŞ administrasiyası İran tərəfinin yaxın günlərdə sülh sazişini təsdiqləyəcəyini gözləyir.

APA xəbər verir ki, bu barədə "Axios" portalı mənbəyə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, tərəflər hələ bir sıra detallarla bağlı razılığa gəlməyiblər.

“Razılaşmanın bəzi elementləri üzrə danışıqlar davam edir”, - deyə amerikalı rəsmi bildirib.

Vaşinqton hesab edir ki, sazişin İran rəhbərliyi tərəfindən tam təsdiqlənməsi üçün bir neçə gün tələb olunacaq.

Mənbə əlavə edib ki, İranın ali rəhbəri Müctəba Xamenei sazişin ümumi konturlarını təsdiqləyib, lakin bunun yekun razılaşma olub-olmayacağı hələ məlum deyil.

Oxşar xəbərlər

Barak Ravid: ABŞ İranla razılaşmanın yaxın günlərdə təsdiqlənməsini gözləyir
"Axios": Xamenei nümayəndə heyətinin ABŞ-la danışıqlar üçün Pakistana göndərilməsinə razılıq verib
Tramp: İran razılaşma əldə etmək istəyir
CNN: ABŞ İranın İsrailə cavab hücumuna hazırlığını qeydə almağa başlayıb
Tasnim: ABŞ və İran arasında memorandum üzrə fikir ayrılıqları qalır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər