sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq
“AzərEnerji” ASC Qarabağda və Şərqi Zəngəzurda üç Kiçik Su Elektrik Stansiyasının (KSES) yenidən qurulmasına və altı KSES-in inteqrasiyasına 40,5 milyon manatdan çox vəsait sərf edəcək.
“Sizinxeber.az” bu barədə Dövlət satınalmaları dövlət portalına istinadən xəbər verir.
Məlumata görə, “AzərEnerji” podratçı şirkətlə - “Azconstruction” QSC ilə “Qozlu Korpu”, “Şeylanli”, “Aşagı Malibəyli” kiçik su elektrik stansiyalarının yenidən qurulması və altı kiçik su elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün müqavilə bağlayıb. Bu şirkət müvafiq tenderin nəticələrinə əsasən podratçı kimi seçilib.
Müqavilənin dəyəri 40 milyon 507 min 432,49 manatdır.
Oxşar xəbərlər
Teymur Abdullayev: Azad olunan ərazilərdə tikilən KSES-lərin ümumi gücü 270 MVt-dir
“Zar” KSES regionun yaşıl enerji potensialına öz töhfəsini verəcək - VİDEO
İlham Əliyev Kəlbəcərdə “Zar” KSES-in və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını edib
Prezident Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib, Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı olub
Prezident Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib, Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













