

Ali Təhsil Şurasının sədri: Türkiyə-Azərbaycan Universiteti Türk dünyası üçün əhəmiyyətli nümunə olacaq
Türkiyə-Azərbaycan Universiteti Türk dünyası üçün əhəmiyyətli bir nümunə olacaq.
Sizinxeber.az xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvar bildirib.
Onun sözlərinə görə, Türk dünyasında ali təhsil sahəsi üzrə əməkdaşlığı artıracaq bu cür layihələrin sayını daha da artırmaq Türkiyənin ən böyük prioritetidir.
Erol Özvar qeyd edib ki, bu layihə iki ölkənin elm və texnologiya sahəsində əməkdaşlığının ən mühüm əlamətlərindən biridir.
Ali Təhsil Şurasının sədri Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə Türkiyənin üç tanınmış universitetinin - Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTU) və Hacettepe Universitetinin proqramları ilə başladığını vurğulayıb.
Qeyd edək ki, 19 fevral 2024-cü il tarixində Ankarada Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) arasında “Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb.
Oxşar xəbərlər
Nazir: Türkiyə–Azərbaycan Universiteti tələbələrini qarşılamağa hazırdır
Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb
Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb
Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı "Açıq qapı" günü keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
