Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.
"Report" xəbər verir ki, prosesdə iştirak etmək istəyən şəxslər saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat və saytın istifadə qaydalarına dair təlimat videosuna aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:
Qeyd edək ki, prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.
Oxşar xəbərlər
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayıb
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə məktəb direktorlarının yerdəyişməsi müsabiqəsi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
