Naxçıvanlı şagirdlər VII Robot Olimpiadasında qalib olublar
Bakıda yeniyetmə və gənclər arasında keçirilən VII Robot Olimpiadasına yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən olimpiadada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinin 6 şagird və 3 mentordan ibarət komandaları iştirak edib.
Yarışın yekun nəticəsinə əsasən Mərkəzin ROGER adlı komandası RoboSports kateqoriyası üzrə 3-cü yerin qalibi olub.
Qeyd edək ki, komandanın üzvləri - Tayfun İmanlı, Məhəmmədəli Məmmədov və Ələkbər Əliyevdir.
Oxşar xəbərlər
Naxçıvan Nazirlər Kabinetində bir sıra aktlar qəbul edilib
Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub
Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında dünya çempionı olub
Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışında dünya çempionu olub
Yeni tədris ilində Naxçıvandakı orta məktəblərdə 52 mindən çox şagird təhsil alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
