Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatına start verilir
Avqustun 20-də ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunan namizədlərin elektron qeydiyyat prosesinə start verilir. Namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Elektron sistem üzrə qeydiyyat 26 avqust saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.
Oxşar xəbərlər
Rezidentura səviyyəsinə qəbul olunan namizədlərin elektron qeydiyyatına start verilir
Magistraturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub
Rezidenturaya qəbul üçün müsabiqə nəticələri elan olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
