Bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib, 2 mindən çoxu isə keçid balını toplamayıb
sizinxeber.az xəbər saytı

Bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib, 2 mindən çoxu isə keçid balını toplamayıb


Bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib və əməkhaqqını əlavələrlə alacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 minə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib.

Test imtahan mərhələsində 6 min 600 təhsilverən 51 bal və daha yuxarı, 11 min 318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib.

Cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2 min 343 nəfər isə müvafiq keçid balını toplamayıb. Müvafiq komissiyalara müraciət edən şəxslərin sayı 872 nəfər olub.

Vurğulanıb ki, sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından etibarən başlanacaq. İlk növbədə, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.

Oxşar xəbərlər

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq
Müəllimlərin serifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq
Fənlər üzrə müəllimlərin sertifikasiya imtahanlarının qrafiki müəyyənləşib
Yeni işə başlayan müəllimlər nə vaxt sertifikasiyaya cəlb olunacaqlar?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər