sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bugünkü sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
İyunun 24-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin 4-cü günü yekunlaşıb.
Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 5 945 nəfər müəllim iştirak edib, 97% davamiyyət qeydə alınıb.
Nəzərinizə çatdırırıq ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 25 iyun saat 12:00-dan etibarən başlanılacaq.
Proseslə bağlı müraciətləri olan müəllimlər platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.
Oxşar xəbərlər
Bugünkü sertifikasiya imtahanlarında 3 300 müəllim istirak edib
Mərkəz: Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanmayıb
MÜTDA sertifikasiyadan narazılıq edən müəllimlərə müraciət edib
Təkrar sertifikatlaşdırma müsahibələrində 3393 müəllim uğur qazanıb
Sentyabrın 9-dan sertifikatlaşdırma prosesinin müsahibələri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













