Aİ son 20 ildə ilk dəfə eyni vaxtda genişlənmə üzrə 4 konfrans keçirir
sizinxeber.az xəbər saytı

Aİ son 20 ildə ilk dəfə eyni vaxtda genişlənmə üzrə 4 konfrans keçirir


Avropa İttifaqı (Aİ) iyulun 14-də 20 ildən artıq müddətdən sonra ilk dəfə olaraq eyni vaxtda dörd namizəd ölkə ilə genişlənmə üzrə hökumətlərarası konfranslar keçirir.

"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos bildirib.

Bu gün Aİ Ukrayna və Moldova ilə altıncı danışıqlar klasterini açır, danışıqların növbəti mərhələsi həmçinin Monteneqro və Albaniya ilə keçiriləcək.

M.Kos altıncı klasterin xarici əlaqələrə, o cümlədən müdafiə sahəsində əməkdaşlıq və hibrid təhdidlərə qarşı mübarizəyə həsr olunduğunu qeyd edərək Ukrayna və Moldovanın Avropa təhlükəsizlik arxitekturasına töhfə verəcəyini vurğulayıb.

O, həmçinin iyulun 14-nü danışıqlar fəsillərini bağlamağa başlayan Albaniya üçün "dönüş nöqtəsi" adlandırıb, həmçinin Monteneqronun da irəliləyişini qeyd edib.

Ukraynanın gələcək addımlarından bəhs edən M.Kos bildirib ki, Avropa Komissiyası qalan dörd danışıqlar klasterinin hamısını "mümkün qədər tez" açmağı mümkün hesab edir.

Onun sözlərinə görə, qərar indi Aİ-yə üzv dövlətlərdən asılıdır, texniki hazırlıq isə davam edir: "Kiyev xüsusən birinci və altıncı klasterlər üzrə hansı islahatların həyata keçirilməli olduğunu artıq bilir".

Avropa komissarı ümidvardır ki, Ukraynada yeni hökumətin formalaşması islahatların aparılmasına və Avropa İttifaqına üzvlük yolunda öhdəliklərin yerinə yetirilməsinə əlavə təkan verəcək.

Oxşar xəbərlər

Kos: Bu gün Aİ-nin genişlənməsi və Ukraynayla Moldovanın üzvlüyü üçün vacib gündür
Marta Kos: Üzv dövlətlər Monteneqronun Aİ-yə qoşulma müqaviləsinin hazırlanmasına başlamaq qərarı veriblər
Marta Kos: Moldova Aİ üzvlüyünə hazırlıq dərəcəsinə görə birinci yerdədir
Aİ Moldova ilə rəsmi olaraq üzvlük danışıqlarına başlayıb
Fon der Lyayen: Aİ Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların yeni mərhələsinə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər