Prezident "Xankəndi" hotelinin açılışında iştirak edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
iy
2026
19:48
ff

Prezident "Xankəndi" hotelinin açılışında iştirak edib

11 iy, 2026
19:48
155

Prezident "Xankəndi" hotelinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına “Xankəndi” Mehmanxana Kompleksinə aid “Xankəndi” hotelində yaradılmış şərait haqqında məlumat verdi.

Bildirildi ki, dördmərtəbəli hotel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılıb. Burada ümumilikdə 101 otaq var. Otaqlardan 92-si “deluxe”, 4-ü “superior”, 3-ü “deluxe suite” və 2-si isə “executive suite” kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər. Burada bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək.

Hoteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad edilmiş şəhər və rayonlardan olan sakinlərdir.

Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Xankəndidə də turizm infrastrukturunun inkişafına xüsusi önəm verilir. Qədim tarixə malik Xankəndi şəhərində müasir hotellərin, istirahət mərkəzlərinin və iaşə obyektlərinin yaradılması bu gün prioritet istiqamətlərdən biridir. Bu, qonaqlar üçün yüksək standartlara uyğun rahat mühit yaratmaqla yanaşı, Xankəndinin bərpasındakı sürətli dinamikanı və görülən işlərin real miqyasını birbaşa nümayiş etdirir.


Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul