Səmərqənddə Beynəlxalq İqlim Forumu başlayıb
Bu gün Özbəkistanın Səmərqənd şəhərində Mərkəzi Asiya-Avropa İttifaqı sammiti çərçivəsində Beynəlxalq İqlim Forumu işinə başlayıb.
“Report” xəbər verir ki, tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan dövlət başçısı Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov iştirak edirlər.
İki gün davam edəcək İqlim Forumu aparıcı ekspertləri, siyasətçiləri, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələrini iqlim dəyişikliyi, davamlı inkişaf və regional əməkdaşlıqla bağlı aktual məsələləri müzakirə etmək üçün bir araya gətirib.
Bu tədbirin bilik və qabaqcıl təcrübə mübadiləsi, həmçinin ətraf mühitin mühafizəsi sahəsində birgə həllərin işlənib hazırlanması üçün unikal platformaya çevrilməsi nəzərdə tutulur.
Forumun sonunda yekun sənəd - iqlim dəyişikliyi problemlərinin həllinə Mərkəzi Asiya ölkələrinin vahid regional yanaşmasının formalaşdırılması üçün əsas olacaq Yaşıl İnkişafın Regional Konsepsiyası təqdim olunacaq. Bu sənədlə aparıcı beynəlxalq təşkilatların regionun ekoloji problemlərinə yanaşmaları əks ediləcək.
Oxşar xəbərlər
Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Özbəkistanda keçiriləcək
80-dən çox dövlətin liderləri COP29 çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammitində çıxış edəcəklər
Rəhmon, Mirziyoyev və Japarov Tacikistan, Özbəkistan və Qırğızıstan sərhədlərinin qovşağına dair saziş imzalayıb
Mərkəzi Asiya ölkələrinin liderləri Astanada səfərdədir - YENİLƏNİB
Sadır Japarov COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













