“Copernicus” 2024-cü ili tarixdə ən isti il adlandırıb
sizinxeber.az xəbər saytı

“Copernicus” 2024-cü ili tarixdə ən isti il adlandırıb


2024-cü il 1850-ci ildən bəri müşahidə tarixində ən isti il olub.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Yerin Məsafədən Zondlanması və Xəritələşdirilməsi Xidməti “Copernicus” məlumat yayıb.

Qlobal orta temperatur ilk dəfə sənayeyəqədərki səviyyəni 1,5 dərəcə Selsi üstələyib. 2024-cü ildə boreal qış (2023-cü ilin dekabr - 2024-cü ilin fevral), boreal yaz (mart - may) və boreal yay (iyun - avqust) müvafiq mövsümlər üçün rekord isti mövsümlər olub.

Bundan əlavə, press-relizdə bildirilib ki, 22 iyul 2024-cü ildə orta sutkalıq qlobal temperaturun yeni rekordu qeydə alınıb və 17,16 dərəcə Selsi təşkil edib.

Proqnozlara görə, 2025-ci il göstəricilərə görə rekord olmayacaq, lakin müşahidə tarixində ən isti üç ildən biri olacaq.

Oxşar xəbərlər

2024-cü ilin yayı müşahidələr tarixində ən isti mövsüm olub
2024-cü ilin sentyabrı dünyada ikinci ən isti ay olub
“Guardian”: 2024-cü il temperatur maksimumlarının sayına görə rekord vurub
Meteorologiya İdarəsi: 2024-cü il Çində ən isti il ​​olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər