2024-cü ilin sentyabrı dünyada ikinci ən isti ay olub
2024-cü ilin sentyabrı dünyada ikinci ən isti ay olub.
“Report” xəbər verir ki, bu barədə Avropanın “Kopernik” İqlim Dəyişikliyi Xidmətinin məlumatında deyilir.
Xidmətdən verilən məlumata görə, orta aylıq temperatur 16,1 dərəcə təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,2 dərəcə azdır. 2024-cü ilin sentyabrı rekord isti aylara görə dünyada ikinci yerdə qərarlaşıb.
Statistikaya əsasən, dünyada iqlim normasından yayınma 0,7 dərəcə Selsi olub.
Qeyd edək ki, orta aylıq norma 30 illik (baza) dövr ərzində istənilən ayın orta temperaturudur. Cari hesablamalar Ümumdünya Meteorologiya Konqresinin tövsiyələrinə əsasən, 1991-2020-ci illər üçün məlumatlar əsasında aparılır. Yayınma norma ilə faktiki orta aylıq temperatur arasındakı fərq kimi hesablanır.
Oxşar xəbərlər
May ayında bəzi yerlərdə havanın temperaturu iqlim normasından yüksək olacaq
2024-cü ilin yayı müşahidələr tarixində ən isti mövsüm olub
Sentyabr ayına olan hava proqnozu açıqlanıb
Sentyabr ayının hava proqnozu açıqlanıb
Bəzi ərazilərdə yağıntının miqdarı normadan çox olacaq - Sentyabrın hava PROQNOZU
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













