2024-cü ilin yayı müşahidələr tarixində ən isti mövsüm olub
2024-cü ilin yayı bir neçə rekorda imza ataraq müşahidələr tarixində qeydə alınmış ən isti mövsüm olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa İttifaqının İqlim Dəyişikliyinin Monitorinqi Xidmətinin yeni aylıq “Copernicus” bülletenində deyilir.
Qeyd olunub ki, 2024-cü ilin qızmar yayı ərzində qeydə alınan həddindən artıq istilər planetin ən isti ili kimi 2023-cü ili də geridə qoyub:
“2024-cü ilin son üç ayı planetin ən isti iyun və avqust aylarını, ən isti gününü və ən isti boreal yayı yaşadı. Bu rekord temperatur silsiləsi 2024-cü ilin rekordlar üzrə ən isti il olacağı ehtimalını artırır. Belə ki, iyun, iyul və avqust aylarında Şimal yarımkürəsində orta temperatur 16,8°C olub. Halbuki, 2023-cü ilin yayında orta temperatur 16,5°C olub”.
Müəyyən edilib ki, son 12 ay ərzində ( 2023-cü ilin sentyabrından 2024-cü ilin avqustuna qədər) orta qlobal temperatur istənilən birillik dövrə nisbətən rekord həddə yüksək olub. Bu eyni zamanda 1991-2020-ci illər üçün orta göstəricidən 0,76°C yuxarıdır.
Oxşar xəbərlər
Çexiyada son 250 ilin ən isti yayı qeydə alınıb
Bu yay Azərbaycanda son on ilin ən çox yağıntısı qeydə alınıb
Azərbaycanda son on ilin yay aylarında ən çox yağıntı bu il qeydə alınıb
“Guardian”: 2024-cü il temperatur maksimumlarının sayına görə rekord vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
