Ayın son gününə olan hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 70-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.
Oxşar xəbərlər
Sabah 18 dərəcəyədək isti olacaq
Sabah Bakıda 27, rayonlarda isə 30 dərəcə isti olacaq
Sabah 37 dərəcə isti olacaq
Avqustun 18-də gözlənilən hava şəraiti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
