Sabah Bakıda 27, rayonlarda isə 30 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən “Sizinxeber.az”a verilən məlumata görə, havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağacağı, şimşək çaxacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacaq.
Oxşar xəbərlər
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
Sabah 37 dərəcə isti olacaq
Sabah Bakıda 39, rayonlarda 40 dərəcə isti olacaq
Bakıda külək əsəcək, bəzi rayonlarda yağış yağacaq
Avqustun 18-də gözlənilən hava şəraiti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













