Avqustun 18-də gözlənilən hava şəraiti
sizinxeber.az xəbər saytı

Avqustun 18-də gözlənilən hava şəraiti


Avqustun 18-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz havanın qısa müddətə tutulacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Oxşar xəbərlər

Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
Aprelin ilk gününün havası - 24 dərəcə isti olacaq
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq - PROQNOZ
Şənbə gününün havası açıqlanıb
Həftənin ilk günü Azərbaycanda 38 dərəcə isti olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər