Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Avqustun 15-i saat 13:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Quba, Xaltan, Şabran, Şahdağ, Yevlax, Göyçay, Zərdab, Tərtər, Kürdəmir, Yardımlı, Lerik, Lənkəranda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Sarı xəbardarlığa uyğun olaraq şimal-qərb küləyi Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.
Avqustun 15-i saat 9:00-a olan məlumata əsasən Azərbaycanda hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Şamaxı, Kürdəmirdə 19 mm, Qəbələ, Oğuzda 11 mm, İsmayıllı, Xaltanda 7 mm, Goranboyda 6 mm, Göygöl, Naftalanda 5 mm, Altıağac, Quba, Xaçmaz, Şabran, Gədəbəy, Mingəçevir, Daşkəsən, Gəncə, Şəmkir, Xınalıq, Qrız, Şahdağ, Zərdab, Bərdə, Ağsu, Yevlax, Göyçay, Tərtər, Qusar, Qobustan, Şəkidə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 19 m/s, Beyləqanda 18 m/s, Şirvanda 15 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb.
"Avqustun 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, bölgələrdə isə 17-si gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı -ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
Bəzi rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
Şimşək çaxır, yağış yağır, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb - ÖLKƏ ƏRAZİSİNDƏ FAKTİKİ HAVA
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA - YENİLƏNİB
Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













