Şimşək çaxır, yağış yağır, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb - ÖLKƏ ƏRAZİSİNDƏ FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Milli Hidrometeorologiya Xidmətin dən Sizinxeber.az-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Şamaxı, Kürdəmirdə 19 mm, Qəbələ, Oğuzda 11 mm, İsmayıllı, Xaltanda 7 mm, Goranboyda 6 mm, Göygöl, Naftalanda 5 mm, Altıağac, Quba, Xaçmaz, Şabran, Gədəbəy, Mingəçevir, Daşkəsən, Gəncə, Şəmkir, Xınalıq, Qrız, Şahdağ, Zərdab, Bərdə, Ağsu, Yevlax, Göyçay, Tərtər, Qusar, Qobustan, Şəkidə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 19 m/s, Beyləqanda 18 m/s, Şirvanda 15 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Avqustun 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, bölgələrdə isə 17-si gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.
Oxşar xəbərlər
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB-6
