Xəzər dənizinin Novxanı sahili tullantılardan təmizlənib
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Novxanı sahili tullantılardan təmizlənib.
"Sizinxeber.az" xəbər verir ki, “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiya bu gün Xəzər dənizinin Novxanı sahilində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının, Binəqədi rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin nümayəndələrinin, “Təmiz Şəhər” ASC-nin, “AzərGold” QSC-nin, “NARGİS” jurnalının, “Araz” supermarketlər şəbəkəsinin, “Asan” könüllülərin və ekokönüllülərin iştirak etdiyi aksiyada 1 tondan artıq tullantı yığılaraq daşınıb.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd insanları ətraf mühitə daha həssas və məsuliyyətli davranmağa təşviq etmək, tullantıların azaldılması və düzgün idarə olunmasına nail olmaqdır.
Oxşar xəbərlər
Sabahdan ümumrespublika təmizlik marafonu başlayır
Lənkəranda Xanbulan gölü zibilliyə çevrilib: Laqeyd yanaşma, yoxsa məsuliyyətsizlik? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
Ətraf mühitin mühafizəsində daha bir təşəbbüs: “Sıfır tullantı” həmrəylik marafonuna start verildi
Xəzər dənizinin Azərbaycana mənsub bölməsində aşkar olunan qaçaqmal götürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













