Xəzər dənizinin Azərbaycana mənsub bölməsində aşkar olunan qaçaqmal götürülüb
sizinxeber.az xəbər saytı

Xəzər dənizinin Azərbaycana mənsub bölməsində aşkar olunan qaçaqmal götürülüb


Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Avqust ayının 1-də saat 04:30-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində sahildən 1.8 mil məsafədə İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar olunub.

Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən 1 nəfər İraq Respublikası vətəndaşı 1992-ci il təvəllüdlü Mahdi Salih Fayzi saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Oxşar xəbərlər

İrana məxsus qayıq Azərbaycan sərhədini pozub, saxlanılanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət sərhədini pоzduqlarına görə 38 nəfər saxlanılıb - DSX [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəzər dənizi vasitəsi ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan Azərbaycan istiqamətində dövlət sərhədi pozulub, DSX-nin iki əməkdaşı xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranla sərhəddə silahlı insident olub, 2 sərhədçimiz xəsarət alıb, iki ölkə nümayəndələri hadisə yerində görüşüb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər