Yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
APA FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Xidmət dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Bərdə, Ağcabədi, Cəlilabad, Göygöl, Şəmkir, Sabirabad, Salyan, Biləsuvar, Agsu, İsmayıllı və Şamaxı rayonlarında yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.
Tədbirlərdə Xidmətin nümayəndələri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul şəxsləri, rayonların icra hakimiyyətlərinin inzibati ərazi üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və mexanizatorlar iştirak ediblər.
Tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən biçin prosesinə cəlb olunan bütün texnikaların saz vəziyyətdə saxlanılması, mühərriklərin atqı borularının qığılcımsöndürənlərlə təmin edilməsi və onların ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının zəruriliyi vurğulanıb. Həmçinin, açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, biçilmiş taxıl sahələrinin yandırılmasının yolverilməz olduğu diqqətə çatdırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah edilib və yerli qurumlar tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi qeyd olunub.
Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Oxşar xəbərlər
FHN yay mövsümü ilə bağlı yanğın təhlükəsizliyinə dair silsilə müşavirələr keçirib
Meşələrin yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib
Yeni il şənliklərində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilir
Pambıq tədarükündə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib
COP29 ərəfəsində yanğın təhlükəsizliyi ilə əlaqədar tədbirlər müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
