Yeni il şənliklərində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilir
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Yeni il şənlikləri ilə bağlı kütləvi maarifləndirmə tədbirləri keçirir.
Sizinxeber.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Xidmət Yeni il bayramı münasibətilə keçiriləcək şənliklərdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə yanğına qarşı təbliğat və nəzarət tədbirlərini daha da gücləndirib. Belə ki, Xidmətin əməkdaşları respublikamızın paytaxtında, digər şəhər və rayonlarında yerləşən ictimai-iaşə obyektlərində, əyləncə və ticarət mərkəzlərində, insanların kütləvi toplaşdığı məkanlarda yanğın-texniki müayinə və maarifləndirmə tədbirləri keçirirlər.
Tədbirlərdə ehtiyat çıxış yollarının tutulmasının, zallara normadan artıq insan buraxılmasının, pirotexniki vasitələrdən istifadə olunmasının yolverilməzliyi, küknar ağacının yerə möhkəm bərkidilməsinin, işıqlandırmada saz və standartlara uyğun vasitələrdən istifadə olunmasının, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılır. Həmçinin, tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılır, zəruri tövsiyələr verilir, suallar cavablandırılır, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunur, maarifləndirici çap məhsulları paylanılır.
Qeyd eilib ki, bu kimi tədbirlər bayram ərəfəsində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən kütləvi olaraq keçirilir.
Oxşar xəbərlər
Dövlət Yanğın Nəzarəti Xidməti “Yeni Klinika”da yanğına qarşı tədbir keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Respublika Psixiatriya Xəstəxanasında yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 ərəfəsində yanğın təhlükəsizliyi ilə əlaqədar tədbirlər müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti müşavirə keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədi rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












