FHN yay mövsümü ilə bağlı yanğın təhlükəsizliyinə dair silsilə müşavirələr keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin təşəbbüsü ilə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Yevlax, Ucar, Kürdəmir, Goranboy və Göyçay rayonlarında müşavirələr keçirilib.
Müşavirələrdə Xidmətin nümayəndələri ilə yanaşı rayonların icra hakimiyyətlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul şəxsləri, bələdiyyə sədrləri, sahibkar və fermerlər iştirak ediblər.
Tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, biçilmiş taxıl sahələrinin yandırılmasının yolverilməz olduğu diqqətə çatdırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub və yerli qurumlar tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.
Müşavirələrdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Oxşar xəbərlər
Meşələrin yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni il şənliklərində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Yanğın Nəzarəti Xidməti “Yeni Klinika”da yanğına qarşı tədbir keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pambıq tədarükündə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sel təhlükəsi ilə bağlı tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












