Su hövzələrində təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirələr keçirilib
Su hövzələrində insanların təhlükəsizliyin təmin edilməsi
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Bakı və Sumqayıt Regional mərkəzləri müvafiq olaraq Bakı şəhərinin Sabunçu, Binəqədi, Qaradağ rayonlarında və Sumqayıt şəhərində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirib.
Nazirliyin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, müşavirələrdə rayon icra hakimiyyətləri və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edib.
Tədbirlərdə sözügedən rayonların ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə olunub.
Yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyi
Müşavirələrdə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.
Oxşar xəbərlər
Su hövzələrində insanların təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirələr keçirilib
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO
FHN-in Bakı Regional Mərkəzi silsilə müşavirələr keçirib
FHN-in Sumqayıt Regional Mərkəzi silsilə müşavirələr keçirib
FHN yay mövsümü ilə bağlı yanğın təhlükəsizliyinə dair silsilə müşavirələr keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












