FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd su hövəzələrində müvafiq təhlükəsizliklə bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə əlaqədar xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlimdə FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişləri “xilas edərək” ilkin yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil veriblər.
Təlim bitdikdən sonra nəticələri təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO
Yol qəzalarında yanğın-xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
FHN-in Qarabağ Regional Mərkəzi təlim keçirib - FOTO
Qəbələdə fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













