Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü tədbirləri keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Səbail, Nərimanov, Xətai, Qobustan, Saatlı, Biləsuvar və Tovuz rayon Yanğından Mühafizə hissələrində “açıq qapı“ günü tədbirləri keçirilib.
Bu barədə Sizinxeber.az-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirlib ki, tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirlərdə qeyd olunan şəhər və rayonların ərazisində fəaliyyət göstərən orta məktəb şagirdləri, uşaq bağçalarının azyaşlıları, həmçinin müəllim və tərbiyəçilər iştirak ediblər.
Tədbirlərin iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydası və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların ənənəvi məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Maraqla keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
FHN məktəblilər üçün “açıq qapı” günü keçirib
FHN “Gənclik Mall”da təlim keçirib - VİDEO
FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib - VİDEO
Səbaildə açıq sahə yanır
Qobustan qəsəbəsindəki açıq ərazidə qamışlıq yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












