Mixail Kalugin: Rusiya "3+3" formatının qorunmasında maraqlıdır
sizinxeber.az xəbər saytı

Mixail Kalugin: Rusiya "3+3" formatının qorunmasında maraqlıdır


Rusiya Cənubi Qafqaz üzrə "3+3" formatında əlaqələrin davam etdirilməsində maraqlı olaraq qalır və platformanın tam fəaliyyətinin mümkün qədər tez bərpa olunmasına ümid edir.

"Report" xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV departamentinin direktoru Mixail Kalugin bildirib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, eləcə də Rusiya, İran və Türkiyəni əhatə edən "3+3" formatı regional məsuliyyət prinsipinə əsaslanaraq Cənubi Qafqaz dövlətləri ilə onların yaxın qonşuları arasında əməkdaşlığın qurulması üçün mühüm vasitədir.

Eyni zamanda, Kalugin qeyd edib ki, bir sıra obyektiv səbəblərdən, o cümlədən İran ətrafındakı vəziyyətə görə, "3+3" formatında növbəti nazirlər görüşünün təşkilində müəyyən fasilə yaranıb: "Lakin əlaqələrin davam etdirilməsinə maraq qalmaqdadır. Platformanın tam fəaliyyətinin mümkün qədər tez bərpa olunmasını səbirsizliklə gözləyirik".

Diplomat aydınlaşdırıb ki, regional məsuliyyət prinsipi bütün regional oyunçuların maraqlarına cavab verən qarşılıqlı faydalı və perspektivli layihələrin əlaqələndirilməsindən, qərarların xarici təzyiq və ya xarici qüvvələr tərəfindən tətbiq edilən gündəm olmadan qəbul edilməsindən ibarətdir:

"Məsələ bölücü xətlərdən qaçmaq və regiondakı hər hansı bir ölkənin ziyanına işləməkdən çəkinməkdir. Yalnız bu əsasda Cənubi Qafqazda təhlükəsizlik və iqtisadi rifah, eləcə də həqiqi və davamlı sülh həqiqətən təmin edilə bilər".

Kalugin həmçinin xatırladıb ki, platformanın təsis iclası 2021-ci ilin dekabr ayında Moskvada keçirilib və formatın təşəbbüskarı Azərbaycan və Türkiyə olub:

"2023-cü ilin oktyabr ayında xarici işlər nazirləri Tehranda birgə görüş keçiriblər. 2024-cü ilin oktyabr ayında İstanbulda keçirilən nazirlər görüşündə nəqliyyat, enerji və mədəniyyət sahələrində əməkdaşlığın konkret məsələlərinin müzakirəsinə başlamaq barədə razılıq əldə edilib". Mixail Kalugin əlavə edib ki, Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Lavrov "3+3" formatında görüşün Ermənistan və Azərbaycanda keçirilməsini təklif edib - YENİLƏNİB
Rusiya TŞ rəhbəri: “3+3” formatının aktivləşəcəyinə ümid edirik
Rusiya XİN: "3+3" platformasını tamtərkibli təşkilata çevirmək üzərində işləyirik
Rusiya XİN: "3+3" platformasının tamtərkibli təşkilata çevirmək üzərində işləyirik
Rusiya XİN: "3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər