Yaponiya Nazirlər Kabineti: ABŞ-Çin münasibətləri qlobal sabitliyə töhfə verməlidir
sizinxeber.az xəbər saytı

Yaponiya Nazirlər Kabineti: ABŞ-Çin münasibətləri qlobal sabitliyə töhfə verməlidir


ABŞ-Çin münasibətləri beynəlxalq ictimaiyyətin sabitliyinə töhfə verməlidir.

"Report" xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara bunu jurnalistlərə bildirib.

"Biz inanırıq ki, ABŞ-Çin münasibətlərinin Yaponiya da daxil olmaqla beynəlxalq ictimaiyyətin sabitliyinə töhfə verməsi vacibdir", - deyə o, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında son danışıqları şərh edərkən bildirib.

Kihara mövzu ilə bağlı daha ətraflı şərh verməkdən çəkinib, lakin vurğulayıb ki, Yaponiya ABŞ ilə güclü və etibarlı münasibətlərinə güvənərək Çini beynəlxalq səhnədəki mövqeyinə uyğun məsuliyyətli tədbirlər görməyə məcbur etməyə davam edəcək.

Donald Tramp 13-15 may tarixlərində Çinə səfər edib. ABŞ Prezidenti səfəri son dərəcə uğurlu adlandırıb və iki tərəfin bir çox məsələləri həll edə bildiyini bildirib.

Oxşar xəbərlər

Nazirlər Kabineti: Yaponiya hökuməti Alyaska sammitini diqqətlə izləyir
Yaponiya Hörmüz boğazına mina əleyhinə gəmi göndərilməsi barədə hələ qərar qəbul etməyib
Yaponiya ABŞ-a 550 milyard dollar yatıracaq
Yaponiya MN: “ABŞ-yə “Patriot” raketlərinin tədarükü ölkənin müdafiəsini zəiflətməməlidir”
Tramp: ABŞ Yaponiya ilə ayrı ticarət sazişi bağlamayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər