Almaniyada həbsxananın qadınlar bölməsində baş verən yanğında 9 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Almaniyada həbsxananın qadınlar bölməsində baş verən yanğında 9 nəfər yaralanıb


Almaniyanın cənub-qərbindəki Rorbax həbsxanasının qadınlar bölməsində yanğın baş verib, nəticədə 9 nəfər yaralanıb.

"Report" "Bild" qəzetinə istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 06:00 radələrində kameraların birində baş verib.

"Yanğın nəticəsində doqquz nəfər xəsarət alıb. Dörd məhbus, müəssisənin dörd əməkdaşı və bir yanğınsöndürən yaxınlıqdakı klinikalara yerləşdirilib", - nəşr qeyd edib.

Məhbuslardan biri xilasedici helikopterlə Lüdviqshafen travmatologiya klinikasının ixtisaslaşdırılmış yanıq mərkəzinə çatdırılıb. Həbsxananın daha dörd əməkdaşı isə profilaktik tibbi müayinədən keçir.

Yanğının söndürülməsində 45 yanğınsöndürən iştirak edib. Yanğının dəqiq səbəbi müəyyənləşdirilir, lakin istintaq qəsdən yandırmanı əsas versiya kimi nəzərdən keçirir.

"Hazırda biz bunun qəsdən yandırma olduğu qənaətindəyik. Bu versiya yoxlanılır", - həbsxana rəisi Annabel Frantsen "Bild"ə bildirib.

Oxşar xəbərlər

Almaniyada xəstəxanada baş verən yanğında 13 nəfər yaralanıb, 1 xəstə həyatını itirib
Almaniyada festivalda yanğın nəticəsində 30 nəfər xəsarət alıb
Almaniyada qocalar evində yanğın olub, 25 nəfər yaralanıb
Qazaxıstanda neft bazasında yanğın baş verib, dörd nəfər xəsarət alıb
Moskva vilayətində baş verən yanğında dörd nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər