"CNN": Tramp qolf klubunda komandası ilə İranı müzakirə edib
sizinxeber.az xəbər saytı

"CNN": Tramp qolf klubunda komandası ilə İranı müzakirə edib


ABŞ Prezidenti Donald Tramp həftəsonu Vaşinqtonun İranla bağlı mümkün gələcək hərəkətlərini müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüş keçirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Qeyd olunub ki, görüş şənbə günü Virciniyadakı Amerika liderinin qolf klubunda baş tutub.

Görüşdə iştirak edənlər arasında vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və prezidentin xüsusi elçisi Stiv Uitkoff da olub.

Ağ Ev rəhbərinin bu həftənin sonlarında milli təhlükəsizlik komandasının nümayəndələri ilə yenidən görüşməsi gözlənilir.

Pentaqon isə öz növbəsində Trampın hərbi əməliyyatları bərpa etmək qərarına gələcəyi təqdirdə İrana qarşı bir neçə hücum planı hazırlayıb. "CNN"in məlumatına görə, hədəflər siyahısına İranın enerji obyektləri və infrastrukturu daxildir.

Oxşar xəbərlər

"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
CNN: Tramp Uitkoff və Kuşneri İranla danışıqlar üçün Pakistana göndərir
KİV: Tramp Rusiya-Ukrayna böhranının həlli ilə bağlı görüş keçirəcək
Ağ Ev Uitkoff və Kuşnerin Pakistana səfər edəcəyini təsdiqləyib - YENİLƏNİB
Rubio, Vens, Vitkoff və Kelloq Zelenski-Trump danışıqlarına qoşulacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər