Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub - FOTO - VİDEO - YENİLƏNİB-1
Bu gün Ağdərənin Həsənriz kəndinə köçən sakinlərə evlərin açarları təqdim olunub.
Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün geniş tikinti-bərpa işləri aparılır. Bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda tikinti- bərpa işləri həyata keçirilir, digər 8 yaşayış məntəqəsində isə layihələndirmə işləri aparılır. Bu günə qədər Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın əhalinin daimi məskunlaşması təmin olunub. Bu mərhələdə isə Ağdərə rayonunun Həsənriz kəndinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da Həsənriz kəndində 90 ailənin, 306 nəfərin daimi məskunlaşması təmin edilib.
***
12.53
Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb.
Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 20 ailə - 68 nəfər köçürülüb.
Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
11.22
Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç yola salınıb.
Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 20 ailə - 68 nəfər köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Oxşar xəbərlər
Xankəndi, Xocalı və Ağdərəyə 30 milyon manat investisiya qoyulub
Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB-1 - VİDEO
Növbəti köç karvanı Ağdərəyə çatıb, mənzillərin açarları təqdim olunub - FOTO - YENİLƏNİB-1
Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub
Ağdərənin Həsənriz kəndində 33 ildən sonra ilk dəfə bayram tonqalı yandırılıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
