Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub
Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub.
“Report”un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində çıxışı zamanı deyib.
E.Yusubov bildirib ki, hazırda yerli və xarici investorlar üçün münbit şərait yaradılır: "Bu ərazilərdə 3 mindən artıq şəxs il sonuna kimi işlə təmin olunacaq".
Xüsusi nümayəndə əlavə edib ki, eyni zamanda, Xankəndi Hava Limanının inşası davam edir: "Həmçinin, burada yeni müasir avtomobil, dəmiryolu çəkilir, müasir SES istismara verilir, yaşıl enerji prinsipi əsas götürülərək alternativ enerjidən istifadə genişləndirilir, işğal dövründə qırılmış meşələrin bərpası istiqamətində işlər aparılır".
O qeyd edib ki, Xankəndinin yeni baş planı da hazırlanır: "Bu ərazilərdə müasir infrastruktur işləri həyata keçiriləcək. Minatəmizləmə işləri də sürətlə sistemli şəkildə davam etdirilir. İşğal dövründə dağıdılmış kəndlərimiz bərpa olunur. Xankəndi, Ağdərə və Xocalıda 7 yaşayış məntəqəsində 12 min insanın məskunlaşması təmin edilib. Ballıca kəndinə 136 ailə, Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə olmaqla 238 sakin, Suqovuşan kəndinə 180 ailə olmaqla 592 sakin köçürülüb. 2025-ci ilin sonuna kimi tam bərpası və əhalinin köçürülməsi nəzərdə tutulan 24 kəndin 8-də layihələndirmə, 16-da bərpa-quruculuq işləri həyata keçirilir".
Oxşar xəbərlər
Xüsusi nümayəndə: Ermənistan işğal dövründə Azərbaycanın təbii sərvətlərini talan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elçin Yusubov: Xocalı sakinlərinin yurdlarına köçürülməsi istiqamətində lazımi işlər görülür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Elçin Yusubova vəzifə verdi - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin xüsusi nümayəndəsi: Təəssüf ki, böyük dövlətlər Xocalı soyqırımına biganə qalıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir gələn il Xankəndi, Ağdərə, Xocalı və Xocavənd üçün ayrılan vəsaitin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












