FHN-in Qarabağ Regional Mərkəzi təlim keçirib - FOTO
sizinxeber.az xəbər saytı

FHN-in Qarabağ Regional Mərkəzi təlim keçirib - FOTO


Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib.

FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək təxirəsalınmaz ilkin yardım göstərilib.

Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib - VİDEO
FHN-in Şimal Regional Mərkəzi təlim keçirib - FOTO - VİDEO
Yol-nəqliyyat hadisələrində zərərçəkmişlərin xilas edilməsi mövzusunda təlim keçirilib
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle