Sarıcalı körpələr evi-uşaq bağçası zəruri avadanlıqlarla təchiz olunub - FOTO
sizinxeber.az xəbər saytı

Sarıcalı körpələr evi-uşaq bağçası zəruri avadanlıqlarla təchiz olunub - FOTO


Sarıcalı körpələr evi-uşaq bağçasına 100 azyaşlı yerləşdirilə bilər.

Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Bildirilib ki, müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var.

Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

Oxşar xəbərlər

Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident və birinci xanım Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə körpələr evi-uşaq baxçası yaxın günlərdə fəaliyyətə başlayacaq - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər