Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək
sizinxeber.az xəbər saytı

Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək


Ağdam rayonunun Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.

“Report”un Qarabağ Bürosunun Ağdama ezam olunan əməkdaşının məlumatına görə, kəndə edilən mediatur zamanı jurnalistlərə bildirilib ki, 100 yerlik körpələr evi-uşaq bağçasının ümumi ərazisi 1 hektara yaxın ərazidə əhatə edir.

Media numayəndələrinə məlumat verən Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabin bildirib ki, bina müasir standartlara uyğun inşa edilib.

Qeyd olunub ki, bağçada azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub, balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcəyi üçün bütün zəruri tədbirlər görülüb.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün inşa edilən meydança da müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Oxşar xəbərlər

Sarıcalı körpələr evi-uşaq bağçası zəruri avadanlıqlarla təchiz olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Xətai rayonunda Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident və birinci xanım Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər