Azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb
sizinxeber.az xəbər saytı

Azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb.

Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibinə edilən dəyişiklikdə əksini tapıb.

Aşağıdakılar Əlaqələndirmə Qərargahının yeni üzvləri olublar:

- Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

- Vahid Hacıyev – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov – Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi.

Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri.

Sabiq ədliyyə naziri Fikrət Məmmədov və sabiq kənd təsərrüfatı naziri İnam Kərimovun adı siyahıdan çıxarılıb, ədliyyə naziri Fərid Əhmədov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu siyahıya əlavə olunub.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxşar xəbərlər

Xankəndidə Ekoloji məsələr üzrə İşçi Qrupun növbəti iclası keçirilir
Xankəndidə Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib - FOTO
Qarabağdakı bağçalara və təcili yardım stansiyalarına yanacaq göndəriləcək - RƏSMİ
Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilib
Prezident Administrasiyası rəsmilərinin noyabr ayında vətəndaş qəbulu cədvəli - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər