Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb - FOTO - YENİLƏNİB
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb.
Sizinxeber.az xəbər verir ki, bu mərhələdə 95 nəfər (22 ailə) daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə köçürülüb.
Sakinlərə mənzillərin açarları təqdim edilib.
Bununla da bu günə qədər Ballıca kəndində 112 ailənin (562 nəfər) daimi məskunlaşması təmin olunub.
***
11.58
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 22 ailə - 95 nəfər köçürülür.
Fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.
Bu gün baş tutan köç də nəzərə alınmaqla Ballıca kəndinə indiyədək cəmi 112 ailə (562 nəfər) köçürülüb.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Oxşar xəbərlər
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
Növbəti köç karvanı Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Növbəti köç karvanı Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə çatıb - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
