Media nümayəndələri Ağdam Muğam Mərkəzində olublar
sizinxeber.az xəbər saytı

Media nümayəndələri Ağdam Muğam Mərkəzində olublar


Media nümayəndələri təşkil olunan media-tur çərçivəsində Ağdam Muğam Mərkəzində olublar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, ümumi sahəsi 1,4 hektar olan mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var.

İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək.

Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib.

Tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır.

Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Oxşar xəbərlər

Prezident Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub - YENİLƏNİB
Prezident Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub
Ağdamın Xıdırlı kəndinə birinci mərhələdə 2951 nəfər köçürüləcək
Jurnalistlər Ağdamda tikilən yaşayış kompleksində olublar - FOTO
Prezident Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər