Gəncədə məktəblinin "TikTok"da canlı yayıma çıxması ilə bağlı araşdırma aparılır
Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdinin dərs zamanı mobil telefondan istifadə edərək sosial şəbəkədə canlı yayım açması məsələsinə münasibət bildirilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət əsas prioritetlərdəndir.
Qeyd edilib ki, bu məqsədlə digər aidiyyəti dövlət qurumları ilə birgə monitorinqlər, profilaktik tədbirlər, görüşlər həyata keçirilir. Bu zaman məktəblilərin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əməl edilməsi vəziyyəti müşahidə olunur, bu istiqamətdə zəruri maarifləndirmə işi aparılır.
Gəncə şəhər C. Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdinin dərs zamanı mobil telefondan istifadə edərək sosial şəbəkədə canlı yayım açması ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hadisə ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmri ilə komissiya yaradılıb, məktəbin direktoruna təhsil müəssisəsində sağlam tədris mühitinin təmin olunması üçün pedaqoji heyətlə və şagirdlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Təhsil müəssisəsində sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədi ilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, şagirdin valideyni ilə təhsil müəssisəsində görüş keçirilib, maarifləndirici söhbət zamanı belə halların yolverilməz olduğu diqqətə çatdırılıb.
"Şagirdin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - deyə açıqlamada bildirilib.
Oxşar xəbərlər
Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri keçirib
Sentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq - FOTO
Fövqəladə hallarla bağlı davranış qaydaları barədə silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
