FHN məktəblərdə maarifləndirmə tədbirləri keçirib
sizinxeber.az xəbər saytı

FHN məktəblərdə maarifləndirmə tədbirləri keçirib


Fövqəladə Hallar Nazirliyi məktəblərdə maarifləndirmə tədbirləri keçirib

Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə ölkənin müxtəlif bölgələrində yerləşən məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Oxşar xəbərlər

Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri keçirib
Təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirilib
FHN davranış qaydaları ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirib
Fövqəladə hallarla bağlı davranış qaydaları barədə silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər