Dumanlı hava şəraiti müşahidə olunur
Dumanlı hava şəraiti müşahidə olunur.
Bu barədə Sizinxeber.az-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.
Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır.
"Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir”.
Oxşar xəbərlər
Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkə ərazisində duman müşahidə olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP dumanlı hava ilə əlaqədar müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













