Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.
Bu barədə "Sizinxeber.az"a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.
Xidmət rəsmisi qeyd edib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir:
"Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır".
Oxşar xəbərlər
Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur
Ölkə ərazisində duman müşahidə olunur
Ölkədə yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA
Həftəsonu gözlənilən hava proqnozu açıqlanıb
Havada toz müşahidə olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













