Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Dekabrın 28-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, düşən yağıntının miqdarı Culfa, Balakəndə 5, Naxçıvan, Sədərək, Ağdamda 4, Oğuz, Şəki, Ağstafa, Qəbələ, Tərtər, Şərur, Xaçmaz, Ceyrançöl, Zəngilan, Füzuli, Quba, Ordubad, Daşkəsən, Naftalan, Şəmkir, Tovuz, İsmayıllı, Şamaxı, Gəncə, Qobustan, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Neftçala, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astara, Goranboyda 3 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm- dir.
Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Şahdağda 15, Kəlbəcərdə 5, Qax, Qusarda 2, Gədəbəy, Laçın, Xankəndi, Şuşa, Xocalı, Xınalıq, Zaqatala, Şahbuzda 1 sm-dir.
Yardımlı, Hacıqabul, Yevlax, Göyçay, Lerik, Naxçıvan, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Sumqayıtda duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin qərb rayonlarında dekabrın 29-u gündüzədək, şərq rayonlarında isə 31-i səhərədək davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Şimşək çaxır, leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahdağa qar yağır - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yağış yağır, Şəmkirçaydan sel keçir - FAKTİKİ HAVA - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir sıra rayonlarda qar yağır - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













