Bakıda çəkisi 6 kq olan uşaq doğulub
sizinxeber.az xəbər saytı

Bakıda çəkisi 6 kq olan uşaq doğulub


Bakıda çəkisi altı kiloqram olan qız uşağı doğulub.

Bu barədə Sizinxeber.az-ya Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd edilib ki, yanvarın 10-da Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Hazırda körpənin vəziyyəti orta-ağır və ananın vəziyyəti stabil qiymətləndirilir.

Oxşar xəbərlər

Bakıda 6 kq çəkidə körpə doğulub
Ağstafada ilan sancan hamilə xilas edilib, ana olub
Bu il 72 üçəm, 4 dördəm doğulub
Bu ilin 8 ayında 96 üçəm, 4 dördəm doğulub
Sabirabadda ana ölümü ilə bağlı rəsmi açıqlama verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər