AZAL: Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan bir sıra reyslər gecikir
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reysləri Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.
"Report" bu bararədə AZAL-a istinadən xəbər verir.
Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi məlumat verir.
Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərin uçuşu qatı dumana görə gecikir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-ın bir sıra reysləri təhlükəsizlik və ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL Naxçıvan aeoportundakı sıxlığa görə Bakıya reyslərin sayını artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL Bakı-Naxçıvan reysinin sərnişinlərinə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













