Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb, bir nəfər evə buraxılıb
sizinxeber.az xəbər saytı

Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb, bir nəfər evə buraxılıb


Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 5 nəfərin (1 kişi, 4 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.

Daha 1 nəfər (kişi cinsli) bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.

Qeyd edək ki, təxliyə olunan zaman ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar müalicəsi də uğurla davam etdirilib.

Hazırda stasionar müalicəsi davam etdirilən digər şəxslərdən 2 nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin vəziyyəti kafi, Reanimasiya şöbəsində müalicə alan 2 nəfərin vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir.

Məlumat üçün bildirək ki, ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumları həmin şəxslərin məskunlaşdığı ərazilərdəki aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılır, zərurət yarandığı hallar üzrə psixoloji dəstəklə də təmin ounurlar.

Oxşar xəbərlər

Təyyarə qəzasında xəsarət alanlardan 9-u evə buraxılıb
Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların son vəziyyəti AÇIQLANDI
Vüqar Qurbanov: Təyyarə qəzasında xəsarət alanlardan doqquzunun müalicəsi ev şəraitində davam edəcək - YENİLƏNİB
Aktauda təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər