Təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 6 nəfərin (2 kişi, 4 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
“30.12.2024-cü il tarixində stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb. Qeyd edək ki, sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həkim-travmatoloq Elşən Nəcəfov tərəfindən üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunan xəstənin hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.
Travmatik koma vəziyyətində daxil olan xəstələrin (2 nəfər) kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmohemotoraks diaqnozları ilə protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Vəziyyətləri isə stabil kritik ağır olaraq qiymətləndirilir”, - məlumatda deyilir.
Qeyd edilib ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən daha 2 nəfər də ambulator müalicə üçün evə buraxılıb. Tibb müəssisəsində qalan digər 3 nəfərin stasionar müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Oxşar xəbərlər
AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların son vəziyyəti AÇIQLANDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktauda təyyarə qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında xəsarət alanlardan 9-u evə buraxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB: Təyyarə qəzasında xəsarət alan şəxslərdən ikisinin vəziyyəti stabil kritik ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












